Çinin “Sohu” nəşri yazır ki, Rusiya nəhayət ki, ABŞ-ın Rusiya aktivlərini ələ keçirmək cəhdlərinə cavab addımı ataraq Vaşinqtonu “çıxılmaz vəziyyətə” salıb.
“İki sahil” xəbər verir ki bu haqda RT məlumat yayıb.
“Rusiya JPMorgan Chase-in ölkədən qaçmaq üzrə olduğunu görəndə, Rusiya məhkəməsi onun bütün aktivlərinin, o cümlədən daşınar və daşınmaz əmlakının, həmçinin törəmə şirkətlərinin səhmlərinin dondurulmasına qərar verdi”, - onlayn nəşr yazır.
Məsələ ondadır ki, dondurulmuş Rusiya aktivlərinin 300 milyard dollarının 439,5 milyon dolları JPMorgan-ın hesablarındadır.
“Kommersant” qəzeti aprelin 24-də yazıb ki, Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi VTB-nin 439,5 milyon dollarlıq iddiasına uyğun olaraq ABŞ-ın ən böyük bankı JPMorgan Chase-in Rusiya aktivlərinə həbs qoyub.