29 aprel 2024 17:31
328

Azərbaycanı Mərkəzi Asiya ilə dostluq və qarşılıqlı fəaliyyət bağları birləşdirir

Tarixən Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir, çünki orta Asiya ölkələri ilə Azərbaycan bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və  iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Məlumdur ki, biz müstəqil qardaş dövlətlər kimi, Mərkəzi Asiya və Azərbaycanın artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regionda yerləşir.

Məlumdur ki, dövlət başçısı Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Region ölkələr iqtisadi  sahədə bir-birilə fəal əməkdaşlıq edərək ticarət dövriyyəsini dəfələrlə artırmaqdadır. Potensialın artması tendensiyası da mövcuddur. Çox sevindirici haldir ki, birgə sərmayə fondları yaradılıb və Mərkəzi Asiya ölkələri ilə sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır. Azərbaycanın həm Mərkəzi Asiyada, həm türk dünyasının digər ölkələri ilə əlaqələri sürətlə inkişaf etməkdədir. Xüsusilə də Mərkəzi Asiya ilə son illər ticarət əlaqələrimizdə dəfələrlə artım müşahidə olunur. Bu, ciddi bir amildir. Həm Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətlərinə, eyni zamanda həmin ölkələrin prezidentlərinin Azərbaycana çoxsaylı səfərlərini nəzərə alsaq, bu, o deməkdir ki, tərəflər bu istiqamətdə ciddi əməkdaşlığın tərəfindədirlər. Təsadüfi deyil ki, məhz bu əməkdaşlığın inkişafının əsas göstəricilərindən biri də Türk Dövlətləri Təşkilatının yaranması oldu. 

Bununla belə, Orta  Asiya ölkələrinin prezidentlərinin  fikrincə Qarabağ münaqişəsi Mərkəzi Asiya regionu üçün də təsirsiz ötməmişdir..Mərkəzi Asiya ölkələrinin xarici siyasət idarələri  Azərbaycan və Ermənistan arasında  sülh müqaviləsinin imzalanmasını  daim alqışlayıblar. Orta Asiya ölkələri bəyan edib ki,  Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həlli  “müstəsna əhəmiyyətə” malikdir və bu region üçün  uzunmüddətli sülh  imkanı  yaradacaq.

Altay Məmmədov,

YAP Şamaxı rayon təşkilatının sədr müavini