29 aprel 2024 17:41
123

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

2020-2023-cü illərdə Azərbaycana 154 milyon 722 min ABŞ dolları dəyərində 3 915 ədəd elektromobil (Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib.

"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin I rübündə isə Azərbaycana 35 milyon 308 min ABŞ dolları dəyərində 830 ədəd elektromobil gətirilib.

Qeyd edək ki, 2020-ci ildən indiyə qədər ölkəyə 190 milyon ABŞ dolları dəyərində 4745 ədəd elektromobil idxal edilib.

Xatırladaq ki, ötən il ölkəyə elektromobil idxalında ciddi artım baş verib. Belə ki, 2023-cü ildə Azərbaycana 3102 ədəd elektromobil idxal edilib ki, bu da əvvəlki illə müqayisədə 6.4 dəfə çoxdur.