29 aprel 2024 18:38
307

Ukrayna səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib - YENİLƏNİB

29 aprel 2024-cü il tarixində xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiti Yuriy Husyev ilə görüşüb.

“İki sahil” XİN-dən verilən məlumata istinadən xəbər verir ki, səfir ilk öncə etimadnaməsinin surətlərini təqdim edib.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Tərəflər həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.

***************

18:00

Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri Yuri Husyev etimadnaməsinin surətinin Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə ukraynalı səfir "X" hesabında paylaşım edib.

"Azərbaycandakı səfir kimi etimadnaməmin surətini təqdim etmək üçün Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşdüm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini, həmçinin tərəfdaşlığımızı gücləndirmək barədə öhdəliyimizi müzakirə etdik", - səfir bildirib.