29 aprel 2024 18:53
532

"Təhsildə Sən 2" adlı təhsil forumu və sərgisi təşkil olunub FOTO

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və World Karyera və Peşə Mərkəzinin birgə təşkilatşılığı ilə "Təhsildə Sən 2" adlı təhsil forumu və sərgisi təşkil olunub. 

“İki sahil” xəbər verir ki,  forumun açılış mərasimində ilkin olaraq Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında təhsil sektorunda AQSİA-nın fəaliyyətindən, AQSİA Təhsil Komissiyasının üzvü olan World Karyera və Peşə Mərkəzinin həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib.

Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova,  Təhsil Tələbə Krediti Fondunun  İdarə heyətinin sədr Müavini Tahir Xələfov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Layihələrin idarə olunası şöbəsinin müdürü Taleh Hüseynli, Baş Sponsoru ATAER MMC-nin təsisçisi Erdal Demircioğlu, Xüsusi Sponsor - BMG İnternational Təlim Mərkəzinin rəhbəri Orxan Məmmədzadə çıxış edib.

Tədbir təhsil sistemində çalışan məktəb direktorları, müəllimlər, şagirdlər, özəl sektorda fəaliyyət göstərən sahibkarlar, təhsil şirkətləri, ekspertlərin iştirakı ilə Müəllimin cəmiyyətdə rolu, keçmişdən gələcəyə müəllimlik, Beynəlxalq Təhsil sisteminin düzgün tətbiqi metodları, Təhsildə Psixoloji xidmətin rolu və sairə mövzularda panellər baş tutub.

Qeyd edək ki,t ədbirin keçirilməsinə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası, MOON GROUP, Sveji cake house, Slavyanka Suları, DOC Media, Umman Group, Birilk İnkişaf Mərkəzi, English for all, Wunderkind, Ametist Academy, Able Kids Club, E- edu, Compar Academy, Şərq Qərb Nəşriyyatı, EDDE Global və Başkent şirniyyat evi dəstək göstərib.