29 aprel 2024 19:20
292

Gəncədə avtomobil piyadanı vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Avtomobil yolu keçmək istəyən 2005-ci il təvəllüdlü T.Əmiraslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.