29 aprel 2024 22:30
285

Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb

Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "İki sahil"ə bildirilib ki, aprelin 29-u saat 21 radələrində Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.