30 aprel 2024 15:15
381

Yay turizminə necə hazırlaşırıq?

2024-cü ilin yanvar, fevral və mart aylarının 2023-cü ilin eyni ayları ilə müqayisəsi keçən ilin rəqəmlərini 39 faiz ötdüyümüzü deməyə əsas verir. Yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü hesab edilir ki, bu da daha çox turistik səfər deməkdir.

Bunu “İki sahil”in sorğusuna cavabında  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bildirib. 

Əsas hədəf: xarici turist sayında ildə 4 milyon, daxili turizmdə 6 milyon nəfər

 

Bu baxımdan, qarşıdakı mövsüm özündə ölkəmizdə turizmin bərpası istiqamətində mühüm imkanları ehtiva edir. Bununla belə gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi və yeni bazarlarda təbliğat işini gücləndirmək, ölkəmizə birbaşa uçuşların sayının artırılması, ümumən ölkənin daha əlçatan olması kimi amillərin önəmi qeyd olunmalıdır.

Geniş planda əsas hədəf 2026-cı ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 4 milyon nəfərə, daxili turizmdə səfərlərin sayını isə ildə 6 milyon nəfərə çatdırmaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”