01 may 2024 13:22
283

Uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası keçirilib - FOTO

“Start İT” təlim mərkəzinin təşkilatçılığı ilə ölkənin ən böyük uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası olan “Code Fest 2024” keçirilib.

“İki sahil” xəbər verir ki,  sayca artıq III dəfə təşkil olunan 5-15 yaşlı uşaq və yeniyetmələr arası proqramlaşdırma və robototexnika olimpiadasında 600 nəfərdən çox iştirakçı qeydə alınıb.

Tədbirin bir hissəsində 9 kateqoriya üzrə individual və komanda formasında rəqabətli yarışlar gedərkən, digər hissəsində valideyn və mentorlar üçün bir çox mövzuda spikerlərin çıxışları baş tutub.

Sonda yarışın təltifolunma mərasimi keçirilib, hər kateqoriya üzrə qaliblər mükafatlandırılıb. 

Qeyd edək ki, olimpiada “SABIS®”, “SUN” Beynəlxalq Məktəbi, Azərkosmos, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası, “Moon Group” şirkəti, “Gamenote Baku” multi-brend oyunlar mağazası, “ABRİS”, “GulfStream”, “iComp” kompyuter mağazası, “Tedroid”, “Texnojurnal” Media Qrupu, “Freds English”, “GameSummit”, “İrşad” mağazalar şəbəkəsi və “Tredu” şirkətinin tərəfdaşlığı ilə təşkil edilib.