01 may 2024 14:43
357

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib.

“İki sahil” xəbər verir ki, aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Line of duty", "Titanik", "The Ghost and the Darkness" kimi bir çox məşhur ekran işində rol alıb.