01 may 2024 22:04
276

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 660,8 milyon ABŞ dolları təşkil edib.

“İki sahil” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə 0,1 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,4 %, son 1 ildə isə 26,9 % artıb. (Report)