02 may 2024 08:59
215

Peruda 5,1 maqnitudada zəlzələ olub

Peruda 5,1 maqnitudada zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 55,1 min nəfərin yaşadığı Abankay şəhərindən 45 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.