02 may 2024 10:33
213

Çində magistralın bir hissəsinin çökməsi nəticəsində 36 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində avtomobil yolunun bir hissəsi uçub. Hadisə nəticəsində 36 nəfər ölüb, daha 30 nəfər yaralı xəstəxanaya yerləşdirilib.

Bu barədə “İki sahil” "Belta"ya istinadla xəbər verir. 

Uçqun gecə saatlarında Meyçjou şəhərində ekspress yolda baş verib. Mediada yayılan görüntülərdə magistralın bir tərəfinin çökməsi, avtomobillərin yamacdan aşağı yuvarlanmasına səbəb olub. Uçmuş hissənin uzunluğu 17,9 m, sahəsi 184,3 kv.m-dir.

Yerli hakimiyyət orqanları bildiriblər ki, magistralın çökməsinə ötən həftə Quandun əyalətində yağan güclü yağış səbəb ola bilər. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.