02 may 2024 11:11
209

Ötən gün 98 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 1-də ümumi çəkisi 98 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, 5 kiloqramdan artıq heroin, 92,8 kiloqrama yaxın marixuana, 260 qrama yaxın metamfetamin, həmçinin 50 metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.