02 may 2024 17:15
291

"Borussiya" Hummelslə bağlı qərar verdi

Dortmund "Borussiya"sının rəhbərliyi komandanın mərkəz müdafiəçisi Mats Hummelslə bağlı qərar verib.

"İki sahil" insayder Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Almaniya klubu 35 yaşlı oyunçu ilə müqavilənin uzadılmasında maraqlıdır. "Borussiya" rəhbərliyi müdafiəçinin oyunundan razı qalıb, onun komandada qalmasını istəyir. 

Tərəflər arasında mövcud müqavilə bu mövsümün sonunda başa çatır. 

Qeyd edək ki, Hummels  bu mövsüm Bundesliqada 24 oyuna çıxıb, 3 qol vurub.