02 may 2024 18:01
293

Qırğızıstan XİN həmvətənlərini Rusiyaya səfərdən çəkinməyə ÇAĞIRDI

Qırğızıstan Xarici İşlər Nazirliyi həmvətənlərinə müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyyə edib.

“İki sahil” xəbər verir ki, TASS bu barədə idarənin bəyanatına istinadla xəbər verir.

“Nazirlik Rusiya Federasiyasına səfər etmək üçün üzrlü səbəbləri olmayan həmvətənlərinə müvəqqəti olaraq həmin əraziyə getməkdən çəkinməyi tövsiyə edir”, - məlumatda deyilir.