04 may 2024 08:49
263

Lopetegi üçün “Vest Hem” variantı

“Vest Hem” ispaniyalı mütəxəssis Xulen Lopetegini baş məşqçi təyin edə bilər.

“İki sahil” xəbər verir ki, İngiltərə mətbuatında tərəflərin ilkin danışıqlar aparması barədə məlumat yer alıb.

London klubu yekun qərarı mövsümün sonunda hazırki baş məşqçi Devid Moyeslə müzakirələrdən sonra verəcək. Klubun Direktorlar Şurası namizəd mütəxəssislər arasında seçim edəcək.

Qeyd edək ki, Lopetegi “Milan”ın da baş məşqçi vəzifəsinə namizəddir.