04 may 2024 10:10
320

ADB-in icraçı direktoru: COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir

Bakıda keçiriləcək COP29 zamanı Asiya İnkişaf Bankı (ADB) ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq üçün çoxsaylı imkanlar olacaq.

Bunu ADB-in 11 ölkə, o cümlədən Azərbaycan üzrə icraçı direktoru Reyçel Tompson bildirib.

“Bu, uzun illər ərzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının inkişaf etməkdə olan ADB üzv ölkəsinə qayıdır. Hesab edirəm ki, bu, çox vacib görüşdür. Azərbaycan hökuməti iqlimin maliyyələşdirilməsini həqiqətən mühüm prioritet kimi aydın şəkildə müəyyən edib”, - o qeyd edib.

ADB həmçinin iqlim dəyişikliyi və bununla bağlı iqlim maliyyələşdirməsinə çox sadiqdir: “Düşünürəm ki, səmərəli əməkdaşlıq etmək üçün çox imkanlarımız olacaq və şübhəsiz ki, biz ADB olaraq COP29-un uğurla həyata keçirilməsini təmin etmək üçün Azərbaycan hökuməti ilə birgə işləməyi səbirsizliklə gözləyirik”.

"Report"