04 may 2024 11:11
261

Qaxdan Sumqayıta gətirilən 41 yaşlı qadın xəstəxanada ölüb

Sumqayıtda 41 yaşlı qadın xəstəxanada ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb.

1983-cü il təvəllüdlü Turanə Lebey qızı Hacıyeva 2 gün öncə Qax rayonundan qızdırması olduğu üçün xəstəxanaya gətirilibmiş.

Faktla bağlı araşdırma aparılır.