04 may 2024 16:32
280

Uorren Evans: İqlim dəyişikliyi və özəl sektora dəstək təşəbbüsləri ADB üçün prioritetdir

İqlim dəyişikliyi ilə mübarizə və özəl sektora dəstək təşəbbüsləri Asiya İnkişaf Bankı (ADB) üçün prioritetdir.

“İki sahil” xəbər verir ki, bunu ADB-nin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi Baş müşaviri Uorren Evans brifinqdə deyib.

“Ötən il iyulun 1-dən etibarən ADB yenidən strukturlaşdırıldı. Bank iqlim dəyişikliyi və özəl sektoru etdiyi hər şeydə ön plana çıxaran yeni bir əməliyyat modelinə keçdi. Beləliklə, biz hər şeyə iqlim obyektivindən baxırıq, bu çox vacibdir”, - o bildirib.

Onun sözlərinə görə, ADB ötən il iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi sahəsində pik həddə çatıb.