04 may 2024 16:58
355

Şərura dolu düşüb

Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonuna dolu düşüb.

“İki sahil” xəbər verir ki, dünəndən başlayaraq MR ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu gün bir çox rayonlarda yağıntı bir qədər şiddətli olub. Qeyri-hava şəraiti nəticəsində Şərur rayonuna dolu düşüb.