04 may 2024 17:57
270

Qambiya Prezidenti Hakan Fidanı qəbul edib

Qambiya Prezidenti Adama Barrou Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

“İki sahil” xəbər verir ki, ​bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş H.Fidanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirak etmək üçün getdiyi Qambiyanın paytaxtı Banjul gerçəkləşib.

Nazir Qambiyada fəaliyyət göstərən türk şirkətlərinin nümayəndələri ilə də görüşüb.

İƏT-ə üzv ölkələrin hər 3 ildən bir təşkil etdiyi sammit bu il mayın 4 və 5-də Qərbi Afrikanın ən kiçik ölkəsi olan Qambiyada keçirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”