04 may 2024 18:23
283

Vitse-prezident: ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır.

“İki sahil” xəbər verir ki, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.

“COP28-də biz ADB-nin 2023-2030-cu illər üçün iqlim dəyişikliyi üzrə fəaliyyət planını təqdim etdik ki, bu da bu sahədə regional tədbirlərin sürətləndirilməsi üçün yolumuzu müəyyən edir”, - o bildirib.