04 may 2024 20:44
268

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun "Yasamal" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadalarının əməkdaşları cəlb olunub.