04 may 2024 22:39
304

Müşfiq Məmmədli şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt şəhəri "Yaşma bağları" ərazisində yaşayan,  19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olmuş, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Cavid Mirzəyevin ailəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, deputat qəhrəmanımızın atası Azər Mirzəyevlə şəhidimizin keçdiyi ömür yolundan, qəhrəman övladımızın şəhidlik zirvəsinə ucalması haqda danışıb.

M.Məmmədli şəhidin ailəsinin gündəlik qayğıları ilə maraqlanıb, onları narahat edən məsələr barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Cavid Mirzəyev Vətən Müharibəsində qəhrəmanlıqla iştirak edib, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib.

Aparılan döyüş əməliyyatlarına qatılaraq  igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Cavid Mirzəyev  "Vətən müharibəsi iştiakçısı” , "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla, həmçinin "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə” , "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdu. Baş leytenent şəhidliyindən sonra, Ölkə Rəhbərinin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən, 3-cü dərəcəli "Rəşadət” ordeni” və "Vətən uğrunda” medalı ilə təltif olunub.