04 may 2024 23:23
307

Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının rəhbəri Azərbaycana təşəkkür edib

Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berek Eren Qambiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə İƏT çərçivəsində aktiv fəaliyyət və töhfələrinə görə ölkəmizə təşəkkür edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Berek Eren IOFS-nin missiya və proqramlarından bəhs edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.