05 may 2024 02:54
276

Kaya Kallas: Estoniya Ukrayna məsələsində Fransa ilə həmrəydir

“Fransa ilə ümumi anlaşmamız var ki, prioritet Ukraynaya lazım olana qədər dəstəyi davam etdirməkdir. Biz birlikdə Ukraynaya müharibədə qalib gəlməyə kömək edə və Rusiyanı öz sərhədlərinə çəkilməyə məcbur edə bilərik”.

“İki sahil” xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə görüşdə bildirib.

Hökümət başçısının mətbuat xidmətinin məlumatına görə, Baş nazir əlavə edib ki, Estoniya bunun üçün lazımi resurslara, iqtisadi gücə və biliyə malikdir.

Onun sözlərinə görə, Tallin və Paris başa düşürlər ki, hazırda Avropa üçün ən mühüm strateji prioritet qitənin müdafiə qabiliyyətinin artırılması olmalıdır.