05 may 2024 03:07
268

ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb

ABŞ-nin Nyu-York şəhərində hamilə qadın üçün keçirilən şənlik mərasimi zamanı atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “NBC New York” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə gələn polis əməkdaşları ərazidə güllə yarası almış bir neçə şəxs aşkar ediblər.

Polis atəş açan şəxsin axtarışlarını davam etdirir.

Qurum hadisənin səbəbləri barədə hər hansı məlumat verməyib.