05 may 2024 08:06
250

Bakıda 23 yaşlı gənc bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, NZS qəsəbəsində 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu dava zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.