05 may 2024 08:43
236

Cənubi Koreya ABŞ-nin rəhbərlik etdiyi kiber təlimlərdə iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-nin rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək.

“İki sahil” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, doqquz Cənubi Koreya hərbçisi ABŞ-nin Virciniya ştatında keçiriləcək “Cyber Flag” onlayn təlimində iştirak edəcək.

Qeyd olunur ki, onlayn təlimlər kibertəhlükələrə qarşı mübarizə və düşmənin kiberhücumları haqqında kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində çoxmillətli əməkdaşlıq bacarıqlarının təkmilləşdirilməsi üçün nəzərdə tutulub.