05 may 2024 10:06
275

Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var- FAKTİKİ HAVA

Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20 dərəcə istidir, cənub-şərq küləyi əsir, küləyin sürəti 13 m/s-dir.

Milli Hidrometeorologiya Xidmətindən “İki sahil”ə verilən xəbərə görə, saat 11:00-13:00 radələrində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Cənub-şərq küləyinin 15-17 m/s-yə çatacağı, havanın temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir.