05 may 2024 14:30
278

Çinli turist: Bakıda keçirilən Xalça Festivalı çox möhtəşəmdir

Bu gün Bakıda keçirilən Xalça Festivalı çox möhtəşəmdir.

Bunu çinli turist Zhou Boya deyib.

O ilk dəfədir ki, Azərbaycana səfər etdiyini söyləyib: "İlk təəssüratım budur ki, Bakı çox təhlükəsiz şəhərdir və Xəzər dənizinin sahilində yerləşən heyrətamiz gözəlliyə sahibdir".

Turist bildirib ki, Azərbaycanla Çin arasında birbaşa aviareys var:

"Ona görə də Bakıya gəlmək mənə rahat idi".

Xatırladaq ki, mayın 5-də Bakıda Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir. Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə baş tutur.

"Report"