05 may 2024 14:41
284

"Çelsi" Osimhen üçün 90 milyon avro təklif etdi

"Çelsi" bu yay "Napoli"nin futbolçusu Viktor Osimheni heyətinə qatmaqda israrlıdır.

“İki sahil” xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

London klubu 25 yaşlı hücumçu üçün 90 milyon avro təklif edib. Nigeriyalı hücumçunun müqaviləsində 120 milyon avroluq sərbəst qalma maddəsi var. Buna baxmayaraq, Osimhenin "Çelsi"yə transfer olunacağı gözlənilir.

Bundan əvvəl "Napoli"nin prezidenti Aurelio de Laurentis Viktorun komandadan ayrılmaq istədiyini açıqlamışdı.

Xatırladaq ki, bu mövsüm Osimhen bütün turnirlərdə 29 matçda iştirak edib, 16 qol vurub və 4 qolun ötürməsini edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.