05 may 2024 15:27
279

Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb

Hacıqabul sakini olan 17 yaşlı qız qızılcadan ölüb.

“İki sahil” xəbər verir ki, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Ayişə Eyvaz qızı Qarayeva gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda ölüb.