05 may 2024 17:51
273

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan “İki sahil”ə bildiriblər ki, araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.