05 may 2024 20:42
254

Rusiyada attraksionda nasazlıq olub, 3 uşaq yaralanıb

Rusiyanın Yeysk şəhərində attraksiondakı nasazlıq səbəbindən üç uşaq xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Shot” bildirib.

Bildirilib ki, qurğu işə düşən kimi uşaqlar sağa-sola atılmağa başlayıb. Nəticədə uşaqlardan birinin qabırğaları sınıb, digər iki nəfərin isə əzik və sıyrıqları var.

Qeyd olunub ki, olaya səbəb qurğudakı təhlükəsizlik kəmərlərinin sıradan çıxması olub.

Faktla bağlı araşdırma aparılır.