06 may 2024 01:23
264

“Qəbələ” “Səbail”lə oyuna itkilərlə çıxacaq

“Qəbələ” Misli Premyer Liqasının XXXIII turunun “Səbail”lə səfər oyununun hazırlıq prosesini başa vurub. 

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, Ülvi İsgəndərov komandanın oyunöncəsi hazırlığına qatılmayıb. Lukas Afriko və Murad Musayev isə fərdi məşqlə kifayətləniblər.

Qeyd edək ki, mayın 6-da “ASCO Arena”da baş tutacaq “Səbail” - “Qəbələ” qarşılaşması saat 19:00-da start götürəcək.