06 may 2024 13:33
232

Peskov Zelenskinin axtarışa verilməsinə münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna liderinin axtarışa verilməsinə münasibət bildirib.

“İki sahil”in Rusiya mətbuatına istinadən xəbərinə görə, o bildirib ki, Volodimir Zelenski barəsində bu qərarın verilməsi üçün müvafiq qurumların əlində kifayət qədər əsaslar var.

D. Peskov həmçinin bu qərarın istintaqın gəldiyi nəticəyə uyğun olaraq verildiyini vurğulayıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Daxili İşlər Nazirliyi tərəfindən mayın 4-də axtarışa verilib.