06 may 2024 16:28
253

Türkiyə ordusu daha 7 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri “Zeytin Dalı” və “Fırat Qalxanı” hərəkatları çərçivəsində 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” hesabında paylaşım edib.

“Terroristlərin hücum cəhdlərinə cavab verməyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı “Zeytin Dalı” və “Fırat Qalxanı” bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücum hazırlayan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Biz terrorun mənbəyini qurutmaqda qətiyyətliyik”, - paylaşımda bildirilib.