06 may 2024 17:00
429

Növbəti hədəf Türk dövlətləri olacaq - AÇIQLAMA

Türkiyə Gənc İş Adamları Dərnəyinin (TÜGİAD) prezidenti Gürkan Yıldırım Türkiyənin bütün bölgələrində və dünyanın bir çox ölkəsində filial açacaqlarını bildirib. O, qeyd edib ki, xaricdə ilk şöbə Pekində açılacaq. Növbəti hədəf Türk dövlətləri olacaq.

G.Yıldırım TÜGİAD-ın Avropanın ən güclü iki konfederasiyasından birinin prezidenti, digərinin isə vitse-prezidenti olduğunu açıqlayıb. Yıldırımın verdiyi məlumata görə, bunlardan birincisi Avropa Gənc Sahibkarlar Konfederasiyasıdır (YES for Europe). Gürkan Yıldırım 2019-cu ildə TÜGİAD-ın 21 ölkədən 500 mindən çox gənc sahibkarın qatıldlığı “YES for Europe”nin prezidenti seçildiyini açıqlayaraq deyib:

“Prezidentliyim dövründə Qərbi Avropa ölkələrini təmsil edən "YES for Europe" və Şərqi Avropa ölkələrində gənc sahibkarları bir araya gətirən Avropa İttifaqının Gənc Sahibkarlar Təşkilatını (JEUNE) 3 il müddətinə birgə işləmək üçün əməkdaşlıq müqaviləsi ilə birləşdirdik. Aralarında böyük rəqabət olan bu iki təşkilatı birlikdə işləməyə razı salmağımız çox diqqət çəkdi. 2024-cü ildə Portoda keçirilən Baş Assambleyada bütün üzv ölkələrin dəstəyi ilə vahid siyahı olaraq yenidən seçimlərə qatıldıq və TÜGİAD adından yenidən sədrliyi qazandım. Düşünürəm ki, bu sədrliklə Aİ-yə tam üzvlük prosesinə çox mühüm töhfə verəcəyik.”

Enerji sahəsində əməkdaşlıq

Gürkan Yıldırım TÜGİAD-da 3 illik səlahiyyət müddətinin sonuna qədər Türkiyənin və dünyanın bütün bölgələrində şaxələnmə işlərini tamamlamağı hədəflədiklərini bildirib: “İlk xaricdəki şöbəmiz Pekindəki əlaqədar təşkilat 150 üzvü olan QHT-dir. Sentyabr və ya oktyabr aylarında Pekində TÜGİAD Çin Mərkəzini açacağıq. Əsas sektorumuz enerji olacaq. Bərpa olunan enerjidə yeni texnologiyalar, enerji akkumulyatorlarının saxlanması və ya daha qabaqcıl texnologiyalar və panellər kimi bir çox məsələlər üzrə əməkdaşlıq imkanları olacaq.”

Türk dövlətlərinə xüsusi önəm verdiklərini deyən G.Yıldırım sözlərini belə davam etdirib: “Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin təxminən 300 milyon əhalisi və 2 trilyon dollara yaxın iqtisadi potensialı var. Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Macarıstanın da daxil olduğu bu coğrafiyada hər ölkədən bizim kimi QHT ilə təşkilatlanmaq, Türk Dövlətləri Federasiyasını yaratmaq üçün 4-5 aydır çalışırıq. Biz onu ilin sonuna qədər yaradacağıq. Üzvlərimizin və gənc sahibkar iş adamlarının regiona marağını cəlb etmək üçün silsilə layihələr həyata keçirəcəyik.”

Orxan Vahidoğlu, "İki sahil"