06 may 2024 19:23
414

Tarixçi alim beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib - FOTO

ICOMAM Beynəlxalq Komitəsinin (Hərb tarixi, hərbi muzeylər və silah kolleksiyaları üzrə) İdarə Heyətinin üzvü, “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq! İctimai Birliyinin sədri Pərvin Gözəlov 2-3 may tarixlərində Bakı Slavyan Universitetinin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransda “İrəvan xanlığı Qərbi Azərbaycanın tarixi torpaqları” adlı məruzə ilə çıxış edib.

Məruzədə İrəvan şəhərinin əzəli Azərbaycan torpaqları olduğu, vaxtilə Azərbaycan xanları tərəfindən idarə olunduğunu təsdiq edən dövlətçilik atributları barədə məlumatlar təqdim edilib. Həmçinin Qafqaz Hərbi dairəsinin Hərbi şöbəsi tərəfindən çap edilmiş 1809-1817-ci illərdə Cənubi Qafqazın hərbi əməliyyat xəritəsi konfrans iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, sözügedən xəritə Azərbaycan tarixşünaslığında ilk dəfə Pərvin Gözəlovun 2016-cı ildə nəşr edilmiş kitabında təqdim edilib. Həmçinin konfrans iştirakçılarına, məruzəçi tərəfindən müvafiq slaydlar nümayiş etdirilib.

Cavid Əkbər, “İki sahil”