06 may 2024 19:26
348

ABŞ-da qaradərililərə qarşı diskriminasiya siyasəti bu gün də davam edir - EKSPERT

Hamıya bəllidir ki, bu gün ABŞ demokratiya və ədalətdən bəhs edərkən özü demokratiyanın, hüquq və ədalətin ən böyük qəsbçisi qismində çıxış edir. ABŞ-nin Bakıdakı səfiri Azərbaycana söz və fikir azadlığı məsələsində hansısa ağıl öyrətməyə çalışmaq yerinə yaxşı olardı ki, bu gün Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp tərəfindən bu ölkənin rəsmi qurumlarına ünvanlanan ciddi tənqidləri araşdırsın. Hətta Donald Trampın bundan əvvəl seçkilərdə Bayden və tərəfdarlarının etdiyi saxtakarlıqlarla bağlı çox açıq və aydın mövqeləri mövcuddur. Amma bu günədək ABŞ bu məsələyə hansısa bir mövqe qoymayıb.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi. 

Ekspert qeyd etdi ki, eyni zamanda, hamıya bəllidir ki, bu gün ABŞ gettolarında qaradərililərə qarşı hansı diskriminasiyalar hökm sürür. ABŞ-nin Bakıdakı səfiri Azərbaycana hansısa məsləhətlər vermək hədsizliyini etmək yerinə, yaxşı olardı ki, dəri rənginə görə hələ də Amerikada insanların fərqliliyə məruz qalmalarının izahatını versin. Digər tərəfdən bu gün neoimperializmin yayılmağında maraqlı tərəf qismində iştirak edən ABŞ Fransa ilə birlikdə dünyadakı neokolonializmin əsas carçısı və piarçısı qismində çıxış edir.

Cavid Əkbər, “İki sahil”