07 may 2024 00:05
273

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

“İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək”, - bəyanatda bildirilir.

Eyni zamanda, İsrail Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.