07 may 2024 09:36
259

ÇL: İlk finalçı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

“İki sahil” xəbər verir ki, yarımfinalın ilk cavab qarşılaşmasında PSJ öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

Komandalar arasında Almaniyada keçirilən ilk oyunda "Borussiya" 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarımfinalın digər cavab görüşündə sabah “Real” “Bavariya”nı qəbul edəcək. Bu komandaların ilk oyununda isə 2:2 hesabı qeydə alınmışdı.

UEFA Çempionlar Liqası,

Yarımfinal mərhələsinin cavab oyunu

7 may

23:00 PSJ (Fransa) – "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun 0:1

8 may

23:00."Real" (İspaniya) - "Bavariya" (Almaniya)

İlk oyun - 2:2