07 may 2024 12:50
230

Deputat Bakı adalarının abadlaşdırılmasını təklif edib

Abşeron yarımadasının ətrafında, Abşeron və Bakı arxipelaqlarına daxil olan Nargin, Cilov və çoxlu sayda mövcud olan adalarda süni adalar yaratmazdan əvvəl normal vəziyyət qurmaq olar.

“İki sahil” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu adalar boşdur: "Nargin adasını Bakının ulduzuna çevirmək olar. Burda infrastruktur qurulsa, insanlar axşamlar açıq dənizə gəzintiyə çıxa bilərlər. Bildiyiniz kimi, Nargində vaxtilə 10 minlərlə əsir saxlanılıb. Onların xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyula bilər. Bu məsələ illərdir ki, cavabsız qalır. Süni adalar yaratmazdan əvvəl o adalarda normal vəziyyət yaratmaq olar. Buna nə mane olur?"