07 may 2024 13:52
231

Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də Azərbaycanda diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İranın səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

“İki sahil”in Azərtaca istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.