07 may 2024 16:25
261

Terror aktının əsas təşkilatçısı xaricdədir - Bortnikov

Rusiya FTB-nin direktoru vəzifəsini icra edən Aleksandr Bortnikov bildirib ki, Moskva vilayətində “Crocus City Hall”da baş verən terror aktının əsas təşkilatçısı xaricdədir.

“İki sahil” xəbər verir ki,  o, bu barədə “İnterfaks”a agentliyin Rusiya xüsusi xidmət orqanlarının terror aktını sifariş edənləri müəyyən etməsi ilə bağlı sualına cavab verərkən deyib.

“Biz praktiki olaraq onun kim olduğunu təxmin edə bilərik. Sadəcə, əsas təşkilatçı xaricdədir”, - Bortnikov bildirib.

Eyni zamanda, o əlavə edib ki, hazırda lazımi istintaq prosedurları aparılır.