07 may 2024 16:59
303

Mayın 9-dan sonra dəyişikliklər olacaq - Ramzan Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov “Rossiya 24” telekanalının efirində bildirib ki, mayın 9-dan sonra Rusiya üçün müsbət dəyişikliklər olacaq.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, Rusiya iqtisadiyyatının inkişaf etdiyini bildirib.

“Putin hökumət qarşısında yeni vəzifələr qoydu və gecə-gündüz işləyən hökumətə təşəkkür etdi. Düşünürəm ki, mayın 9-dan sonra yaxşı, xoş dəyişikliklər olacaq”, - Kadırov qeyd edib.

Eyni zamanda, Çeçenistan rəhbəri etiraf edib ki, Rusiya prezidentinin andiçmə mərasimindən əvvəl çox əsəbi olub və bu anı səbirsizliklə gözləyib.