07 may 2024 21:36
288

Yarımfinal mərhələsinə start verilib

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

“İki sahil” xəbər verir ki, ilk oyunda "Sabah" və "Xırdalan" komandaları üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma birincilərin 101:85 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında ikinci görüş mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də oynanılacaq.

Qeyd edək ki, mayın 8-də bu raundun digər cütü - "NTD-İndiqo" və "Xəzri" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.