08 may 2024 09:09
248

Şimali Makedoniyada parlament və prezident seçkiləri keçirilir

Şimali Makedoniyada parlament seçkiləri, eləcə də prezident seçkilərinin ikinci turu başlayıb, 3480 seçki məntəqəsi qapılarını açıb.

“İki sahil” xəbər verir ki, səsvermə proseduru saat 19:00-da (Bakı vaxtı ilə 21:00) başa çatacaq. Gün ərzində respublikanın 1 milyon 810 minə yaxın vətəndaşı öz seçki hüquqlarından istifadə edə biləcək.

Assambleyada (birpalatalı parlament) yerlər uğrunda 17 partiya və koalisiyadan olan namizədlər mübarizə aparacaq (5 koalisiyaya 50-yə yaxın partiya daxildir).

Məhərrəm Ağalaroğlu, “İki sahil”